
“Real Madrid”in yeni baş məşqçisi Joze Mourinyo “Kral Klubu”nda qidalanma, intizam və oyunçuların bərpası ilə bağlı yeni qaydalar tətbiq edib.
Yeniavaz.com xəbbər verir ki, bu barədə AS məlumat yayıb.
Bildirilir ki, artıq oyunçuların səhər yeməyi və qəlyanaltı menyusunu tamamilə klubun diyetoloqu müəyyən edir.
Nəşr yazır ki, əvvəllər oyunçular yemək seçimlərində daha çox sərbəstliyə malik olublar:
“Gecikməyə görə cəza sistemi də dəyişdirilib. Oyunçular məşqdən bir saat əvvəl Valdebebas təlim bazasına gəlməlidirlər. Qayda pozuntularına görə maliyyə cəriməsi yoxdur, lakin oyunçu məşq zalında ümumi qrupdan ayrı olaraq məcburi fərdi işi yerinə yetirməlidir. Liderlər və ulduzlar üçün istisna yoxdur”.
Bildirilir ki, Mourinyo həmçinin zədəli oyunçuların səhər və axşam klubun təlim-məşq düşərgəsində reabilitasiya keçməsini tələb edib. Klubdan kənarda müalicə qadağandır.
Məlumata görə, portuqaliyalı mütəxəssis həmçinin komanda daxilində münasibətləri gücləndirmək üçün komanda ilə məşqçilər heyəti arasında birgə yemək ənənəsini tətbiq edir.
Tətbiqimizi yükləyə bilərsiniz