Cəlilabadda mikroavtobus qəzaya uğrayıb, 11 nəfər xəsarət alıb

Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 26-da saat 07.00 radələrində Cəlilabad rayonunun Uzuntəpə kəndində rayon sakinləri Habil Əliyevin idarə etdiyi "Toyota" və Nazir Sövzəliyevin idarə etdiyi "Ford Transit" markalı avtomobillər toqquşub. Nəticədə N. Sövzəliyev və 10 sərnişin xəsarət alıb. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra onlar buraxılıb. Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.APA

DİGƏR XƏBƏRLƏR

Top