“Səbail”in yeni rəhbərləri müəyyənləşdi


Bu gün “Səbail” PFK-nın yenilənmiş idarə heyəti ilə təqdimat tədbiri keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədı klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, klubun yeni İdarə Heyəti Amin Məmmədov, Mirzə Bayrampur və Sərxan İbrahimoğludan ibarətdir.
Mərasimdə klubun strateji inkişaf planları, 2026/2027-ci illər mövsümü üçün müəyyənləşdirilən əsas hədəflər, infrastrukturun inkişafı, sosial layihələr, uşaq və qız futbolunun inkişafı istiqamətində nəzərdə tutulan proqramlar, eləcə də klubun gələcək fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

 

DİGƏR XƏBƏRLƏR

Top