“OpenAI” xokkey şaybası ölçüsündə ağıllı dinamik buraxmaq istəyir


“ChatGPT” çatbotunun yaradıcısı “OpenAI” 2027-ci ildə xokkey şaybası ölçüsündə ağıllı dinamik buraxmağı planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Mənbələrə görə, yeni məhsulun qiyməti 300 dollardan çox olacaq. Ağıllı ev dinamiki istifadəçilərə gündəlik işlərdə kömək etmək üçün hazırlanacaq.
Agentliyin məlumatına görə, cihazın displeyi olmayacaq və xokkey şaybası ölçüsündə ponçik formasında olacaq. Tərtibatçılar hesab edirlər ki, bu ölçü onu evdə bir əllə gəzdirməyi asanlaşdıracaq. Dinamik hərəkətli elementlər və göstərici işıqlarla təchiz olunacaq ki, bu da istifadəçiyə onları dinlədiyini bildirəcək. “Bloomberg” qeyd edir ki, bu, istifadəçi üçün daha real təcrübə yaradacaq.

DİGƏR XƏBƏRLƏR

Top