
“İlon Mask eskalasiyanın qarşısını almaq üçün Ukraynanın “Starlink”dən istifadə edərək Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməsinə icazə verməyib”.
Yeniavaz.com xəbər verir ki, “The Atlantic” bu barədə mənbələrə istinadən məlumat yayıb.
“Hazırda heç bir müsbət qərar yoxdur. İlon təkrarlayır ki, razılaşmaq vaxtıdır”, - məlumatda deyilir.
Qeyd edək ki, daha öncə Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampdan da Maska təsir göstərməsini xahiş etdiyini və Kiyevin “Starlink” peyklərindən istifadə edərək zərbələr planlaşdırmasına icazə verməsini istədiyini bildirib. Ağ Ev və Maska məxsus “SpaceX” TASS-ın şərh istəyinə cavab verməyib.
Tətbiqimizi yükləyə bilərsiniz