
Ağdaşda erkən nikahın qarşısı alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupu məlumat yayıb.
Bildirilib ki, yetkinlik yaşına çatmayan şəxsin toyunun keçiriləcəyi barədə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.
Araşdırmalar zamanı qızın 17 yaşının tamam olmadığı məlum olub.
Polis əməkdaşları, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri hər iki tərəfin valideynləri ilə izahedici söhbətlər aparıb, qeyd olunan halın hüquqazidd olması diqqətlərinə çatdırılıb.
Faktla bağlı zəruri bütün tədbirlər icra edilib, planlaşdırılan toy məclisi isə təxirə salınıb.
Tətbiqimizi yükləyə bilərsiniz