ABŞ iqtisadiyyatı iyul ayında 23 min iş yeri itirib


ABŞ-də iş yerlərinin sayı iyul ayında 23.000 azalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Əmək Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ekspertlər 80.000 artım gözləyib:
Ölkədə əmək bazarının zəifləməsi və çoxsaylı əlverişsiz amillərin təsiri altında işsizlik səviyyəsi 4,1%-ə düşüb. Vəziyyətə İranla müharibə, yüksək inflyasiya, tariflərin tətbiqi, immiqrasiya məhdudiyyətləri və süni intellektin inkişafı təsir göstərir.
Qeyd edək ki, 2025-ci ildə işəgötürənlər Vaşinqton administrasiyasının siyasətinin yaratdığı qeyri-müəyyənlik səbəbindən işə qəbulu dayandırıblar və nəticədə iş yerlərinin artımı ayda təxminən 15.000-ə düşüb. Lakin, 2026-cı ilin birinci yarısında şirkətlər siyasi mühitə uyğunlaşıb və temp ayda təxminən 100.000 yeni iş yerinə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top