Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110-cu yerdə qərarlaşıb – Siyahı


Azərbaycan 2026-cı il “Qlobal Sülh İndeksi”ndə 163 ölkə arasında 110-cu yerdə qərarlaşıb.
Yeniavaz.com
xəbər verir ki, İqtisadiyyat və Sülh İnstitutunun hazırladığı “Qlobal Sülh İndeksi”ndə Azərbaycan 2,142 balla “orta” sülh səviyyəsinə malik ölkələr sırasında yer alıb.
Qeyd edək ki, “Qlobal Sülh İndeksi” ölkələri ictimai təhlükəsizlik, davam edən münaqişələr, siyasi sabitlik, terrorizm, məcburi köçkünlük, qonşu ölkələrlə münasibətlər və militarizasiya kimi 23 göstərici əsasında qiymətləndirir.
İndeksdə ölkələr sülh səviyyəsinə görə “çox yüksək”, “yüksək”, “orta”, “aşağı” və “çox aşağı” olmaqla beş kateqoriyaya bölünür.
2026-cı il reytinqində dünyanın ən dinc ölkələrinin böyük hissəsi Avropada yerləşib. Dünyanın ən dinc 10 ölkəsindən 7-si Avropa ölkəsidir.
Avropadan kənarda isə Yeni Zelandiya 2-ci, Sinqapur 8-ci, Yaponiya 10-cu, Kanada 14-cü, Avstraliya isə 20-ci yerdə qərarlaşıb.
Reytinqin sonuncu pilləsində isə Rusiya yer alıb. Sudan, Konqo Demokratik Respublikası, Ukrayna, İsrail, Cənubi Sudan, Əfqanıstan, Yəmən və Suriya da sülh səviyyəsinin “çox aşağı” olduğu ölkələr sırasında göstərilib.
Bunlardan başqa, hazırda müharibə şəraitində olan ABŞ 134-cü (aşağı), İsrail isə 159-cu (çox aşağı) sırada qərarlaşıb.
Keçmiş SSRİ və region ölkələrinin 163 ölkənin yer aldığı “Qlobal Sülh İndeksi”ndəki mövqeyi belə olub:
19-cu yer – Latviya (yüksək);
24-cü yer – Litva (yüksək);
25-ci yer – Estoniya (yüksək);
37-ci yer – Özbəkistan (yüksək);
44-cü yer – Qazaxıstan (yüksək);
47-ci yer – Tacikistan (yüksək);
51-ci yer – Ermənistan (yüksək);
55-ci yer – Moldova (yüksək);
61-ci yer – Qırğızıstan (yüksək);
66-cı yer – Türkmənistan (yüksək);
94-cü yer – Gürcüstan (orta);
110-cu yer – Azərbaycan (orta);
115-ci yer – Belarus (orta);
136-cı yer – Türkiyə (aşağı);
144-cü yer – İran (aşağı);
160-cı yer – Ukrayna (çox aşağı);
163-cü yer – Rusiya (çox aşağı).


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top