“Tramp Həbibin ən böyük fanatıdır” – Əli Əbdüləziz


ABŞ Prezidenti Donald Tramp keçmiş “Ultimate Fighting Championship” (UFC) yüngül çəki çempionu Həbib Nurməhəmmədovun ən böyük pərəstişkarıdır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə MMA ustası Əli Əbdüləziz “Pound 4 Pound Show” verilişində bildirib.
“Tramp iki döyüşçünü hər kəsdən çox sevir: Castin Qeyci və Həbib Nurməhəmmədovu. O, Həbibin ən böyük fanatıdır. Mən ondan soruşdum ki, niyə Həbibi bu qədər sevirsiniz? O cavab verdi ki, mən Həbibi prezident kitabına daxil etmişəm”, - o, bildirib.
Qeyd edək ki, Həbibin UFC-də son döyüşü 2020-ci ilin payızında amerikalı Castin Qeycə qarşı baş tutub. Döyüş Həbibin qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Həbib 2021-ci ildə 29 qələbə və 0 məğlubiyyətlə karyerasını başa vurub. O, 2022-ci ildə UFC Şöhrət Zalına daxil edilib.

DİGƏR XƏBƏRLƏR

Top