Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı – Nağdəliyevin oğlu təyin olundu


Anar Abel oğlu Məhərrəmov Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Yeniavaz.com
xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Nemət Zeynal oğlu Nağdəliyev bu vəzifəyə təyinat alıb.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun oğlu Anar Məhərrəmov 2021-ci ilin iyulunda Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdi.
Onun yerinə təyinat alan Nemət Nağdəliyev isə Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyevin oğludur.

DİGƏR XƏBƏRLƏR

Top