Media və Yayım Şurası yaradıldı – Fərman


Azərbaycan Respublikası Media və Yayım Şurası yaradılıb.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, Media və Yayım Şurası Azərbaycan Respublikası Audiovizual Şurasının hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Şuraya keçir.
Sənəddə bildirilir ki, Şuranın işçilərinin say həddi 108 ştat vahididir.
Fərmana görə, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs də ləğv edilərək hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Media və Yayım Şurasına verilib.

DİGƏR XƏBƏRLƏR

Top