
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan tarixi “Məkkə Birgə Müdafiə Sazişi”ni imzalayıblar.
Yeniavaz.com “TRT Haber” telekanalına istinadla xəbər verir ki, Sənədi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Əl Səud və Pakistanın Baş naziri Şahbaz Şərif imzalayıblar.
Regional mülkiyyət prinsipinə əsaslanan uzunmüddətli diplomatik səylərin nəticəsi olan saziş üç ölkənin müdafiə qabiliyyətlərini birləşdirməyi və qlobal sülhə töhfə verməyi hədəfləyir.
Sazişin ən vacib müddəalarından biri kollektiv çəkindirmənin gücləndirilməsidir. BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, sazişdə imza atan üç dövlətdən hər hansı birinə qarşı silahlı hücum hamısına qarşı silahlı hücum hesab ediləcək.
Bildirilir ki, müdafiə əsaslı əməkdaşlıq olan Məkkə sazişi heç bir ölkəni hədəf almır və mövcud dialoq kanallarını açıq saxlamağı nəzərdə tutur.
Sənədə görə, tərəflər hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyi, Yaxın Şərq də daxil olmaqla regional böhranların həlli üçün səyləri əlaqələndirməyi və kəşfiyyat məlumatlarınə mübadilə etməyi planlaşdırırlar.
Qeyd edək ki, bu tarixi sazişlə bağlı danışıqlar ötən ilin sonlarından bəri davam edir.


***13:15
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan bu gün Ciddədə üçtərəfli müdafiə sazişi imzalayacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı təhlükəsizlik mənbələrinə istinadla məlumat yayıb.
Telekanalın məlumatına görə, sənədin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri zamanı imzalanması planlaşdırılır.
Belə ki, Ərdoğan artıq bu gün bir günlük işgüzar səfər üçün Səudiyyə Ərəbistanına yola düşüb.
Səfər çərçivəsində onun krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşü gözlənilir.
Sazişin təfərrüatları hələlik məlum deyil, lakin qeyd olunur ki, tərəflər Yaxın Şərq də daxil olmaqla regional böhranların həlli üçün səyləri əlaqələndirməyi nəzərdə tuturlar.
Telekanal həmçinin qeyd edir ki, Ankara sazişin imzalanmasını regional təhlükəsizlik baxımından əhəmiyyətli bir inkişaf kimi qiymətləndirir.
Tətbiqimizi yükləyə bilərsiniz