Rusiyadakı əlverişsiz hava şəraiti Moskva ilə Bakı arasında hava əlaqəsinə təsir etməyib

Rusiyada hökm sürən əlverişsiz hava şəraiti səbəbindən Moskva aeroportlarında 15 aviareys gecikir, 6-sı ləğv olunub. "Yandex" servisinin məlumatlarına yer alan xəbərə görə, "Şeremetyevo" hava limanında 11 reys gecikir, 2-si ləğv olunub. "Domodedovo" aeroportunda isə 4 reys gecikir, 4-ü ləğv edilib. "Vnukovo" və "Jukovski" hava limanlarında aviareyslərin təxirə salınması və gecikməsi ilə bağlı məlumat yoxdur. Sinoptiklərin məlumatına görə, əlverişsiz hava şəraiti bu gün davam edəcək.

Heydər Əliyev Beynəlxalq Hava Limanından verilən məlumata görə, Moskvada hökm sürən əlverişsiz hava şəraiti Moskva ilə Bakı arasında yerinə yetirilən aviareyslərə təsir etməyib. Belə ki, "Domodedovo" hava limanında Bakıya uçan təyyarə Bakı vaxtı ilə 03:33-də Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. Bundan başqa, Bakıdan "Şeremetyevo" aeroportuna uçmalı olan təyyarə saat 07:30-da yola düşüb. Saat 08:29-da isə Bakıdan "Vnukovo" hava limanına təyyarə yola salınıb.APA

DİGƏR XƏBƏRLƏR

Top