
Çeçenistanın hazırkı rəhbəri Ramzan Kadırov qarşıdan gələn Çeçenistan rəhbəri vəzifəsinə seçkilərdə namizəd kimi qeydiyyatdan keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə respublika Seçki Komissiyasının mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb.
“Çeçenistan Respublikasının Seçki Komissiyası Rusiya Qəhrəmanı Ramzan Axmatoviç Kadırovu Çeçenistan Respublikasının rəhbəri vəzifəsinə namizəd kimi qeydə alıb”, - deyə məlumatda bildirilir.
Kadırovun namizədliyi “Vahid Rusiya” siyasi partiyasının Çeçenistan regional bölməsi tərəfindən irəli sürülüb.
Qeyd edək ki, Kadırov Çeçenistan Respublikasına 19 ildir ki, rəhbərlik edir. O, ilk dəfə 2007-ci ilin fevral ayında Çeçenistanın müvəqqəti prezidenti təyin edilib. Mart ayında regional parlament tərəfindən təsdiqlənib və aprel ayında vəzifəsinin icrasına başlayıb.
O, bu vəzifəyə 2016 və 2021-ci illərdə müvafiq olaraq 97,94% və 99,7% səs toplayaraq yenidən seçilib.
Xatırladaq ki, növbəti seçkilərin 20 sentyabr 2026-cı ildə, tək səsvermə günündə keçirilməsi planlaşdırılır.
Tətbiqimizi yükləyə bilərsiniz