“Konkret addımların atılması vacibdir” − Türkiyə TŞ


Türkiyənin Milli Təhlükəsizlik Şurası (MTŞ) Qara dənizdə Türkiyənin ticarət gəmilərinə artan hücumlar fonunda gərginliyin azaldılmasının vacibliyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya Departamenti tərəfindən yayılan Təhlükəsizlik Şurasının bəyanatında bildirilib.
“MTŞ-nin iclasında regionda gərginliyin azaldılması və sülhün bərqərar olması üçün konkret addımların atılmasının vacibliyi bildirilib”, - bəyanatda deyilir.
Qeyd edək ki, daha öncə Türkiyə Xarici İşlər Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin 3 avqustda Novorossiysk yaxınlığında “Nadejda” və “Yasar” quru yük gəmilərinə endirdiyi zərbələrdən sonra Qara dənizdə münaqişənin gərginləşməsi ilə bağlı ciddi narahatlığını ifadə edib. 

DİGƏR XƏBƏRLƏR

Top