Paytaxtın bəzi ərazilərində qaz olmayacaq


Paytaxtın bəzi yerlərində qaz kəsiləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Belə ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu qəsəbəsinin Ə. Dadaşov, Y. Saratov, M. Kalinin, Ş. Rustaveli, M. İbrahimov küçələrinin və Bakıxanov qəsəbəsinin M. Əmirov, R. Qəmbərov, R. Axundov, S. Qocayev, K. Kamilov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

DİGƏR XƏBƏRLƏR

Top