“Hörmüz boğazından keçid üçün xidmət haqqı xidmətlərin həcmindən asılı olacaq” − “Fars”


Hörmüz boğazından keçən gəmilər üçün xidmət haqlarının məbləği İran və Oman tərəfindən göstərilən xidmətlərin həcmindən asılı olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi İran Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb. 
Mənbənin sözlərinə görə, İran və Oman arasında gəmilərin yükünün dəyərinin (yük dəyərinin 7%-i və ya 3%-i) rüsum kimi tutulması ilə bağlı fikir ayrılıqları barədə məlumatlar həqiqətə uyğun deyil:
“Gəmilər tərəfindən ödənişlər bir çox amillərdən, o cümlədən göstərə biləcəyimiz xidmətlərin həcmindən asılı olacaq”.
“Reuters” agentliyi əvvəllər bildirib ki, İran və Oman nümayəndələri Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı danışıqlar çərçivəsində daşınan yükün elan edilmiş dəyərinin 3%-dən 7%-ə qədər olan gəmilər üçün tranzit haqlarının tətbiqini müzakirə edirlər.

DİGƏR XƏBƏRLƏR

Top