Qırğız Respbulikasının yeni konstitusiyası təsdiqlənib

Qırğız Respublikasının prezidenti Almazbek Atambayev ölkənin yenilənmiş konstitusiyasının təsdiqlənməsi haqqında fərman imzalayıb. Qırğız KİV-i xəbər verir ki, təntənəli imzalanma mərasimində baş nazir Sooronbay Jeenbekov, hökumət və parlament üzvləri iştirak edib. A.Atambayev bildirib ki, ölkənin əsas qanununa 40 düzəliş edilib, 60-dan artıq çatışmazlıq aradan qaldırılıb. Qeyd edək ki, ötən il dekabrın 11-də Qırğız Respublikasının Konstitusiyasının 29 maddəsinə əlavə və dəyişikliklər edilməsi üçün referendum keçirilib.Report

DİGƏR XƏBƏRLƏR

Top