
“İraq Silahlı Qüvvələrinin Baş Komandanı vəzifəsini icra edən İraq Baş naziri Əli əl-Zeydi İraq ordusu bölmələrinin və təhlükəsizlik qüvvələrinin döyüş hazırlığının artırılması əmrini verib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Baghdad Today” xəbər portalı məlumat yayıb.
Bildirilib ki, bütün təhlükəsizlik düşərgələrində və ordu bazalarında hazırlıq səviyyəsi artırılacaq.
Portalın məlumatına görə, baş komandan bu addımı təhlükəsizliyi gücləndirmək, vətəndaşları və ictimai maraqları qorumaq üçün atıb.
Bir müddət əvvəl “Al Hadath” televiziyası İraqda fəaliyyət göstərən hərbiləşdirilmiş qrupların gərginliyin yeni bir eskalasiyası qorxusu səbəbindən qüvvələrini yenidən yerləşdirməyə başladığını bildirib. Nəşr ölkənin təhlükəsizlik qüvvələrindəki mənbələrə istinadən bildirib ki, ölkənin təhlükəsizlik qüvvələri İraq ərazisindən mümkün təxribatların və hücumların qarşısını almaq üçün hərbiləşdirilmiş qrupların hərəkətlərini izləyir.
Tətbiqimizi yükləyə bilərsiniz