“Real Madrid” Diomandeni transfer etdi − 125 milyona


İspaniyanın “Real Madrid” klubu Fildişi Sahili millisinin futbolçusu Yan Diomandeni Almaniyanın “Leyptsiq” klubundan transfer edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Madrid təmsilçisi bu keçid üçün 125 milyon avro ödəyib, daha 15 milyon avro isə bonuslar şəklində nəzərdə tutulub. 19 yaşlı futbolçu ilə 2033-cü ilin yayınadək müqavilə imzalanıb.
Qeyd edək ki, Diomande 2025-ci ilin yayında İspaniyanın “Leqanes” klubundan “Leyptsiq”ə keçib. O, Almaniya komandasında müxtəlif turnirlərdə 36 oyuna çıxaraq 13 qol vurub və 10 məhsuldar ötürmə edib.

DİGƏR XƏBƏRLƏR

Top