Moskva ilə Sankt-Peterburq arasında uçuşlar kəskin azalıb


2026-cı ilin birinci yarısında Moskva və Sankt-Peterburq arasındakı uçuşlarda sərnişin axını 18% azalaraq 1,6 milyona düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Kommersant” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Bildirilir ki, Moskva ilə Sankt-Peterburq arasındakı uçuşlarda sərnişin axını ölkə üzrə orta göstəricidən altı dəfə daha sürətlə azalır.
“Səbəblərdən biri Ukraynanın dron hücumları səbəbindən hava limanlarının tez-tez bağlanmasıdır. Hələ 2025-ci ilin dekabr ayında Sankt-Peterburqun Pulkovo hava limanı Moskva marşrutu üzrə sərnişin axınında illik təxminən 15% itkinin “xalça” planının müntəzəm olaraq tətbiqi ilə əlaqəli olduğunu bildirmişdi”, - qəzet yazır.
Məlumata görə, cədvəldəki pozuntular əsasən işgüzar uçuşlara təsir edib.
“Aeroclub” şirkətinin məlumatına görə, son altı ayda Moskva ilə Sankt-Peterburq arasında hava səyahətinə tələbat 23% azalıb, dəmir yolu səyahətinə isə tələbat 20% artıb.
Nəşr yazır ki, hava nəqliyyatına Moskva üzərindən tranzit daşımalarının azalması və “Aeroflot”la rəqabət səbəbindən bir sıra aviaşirkətlərin marşrutdan çıxması da təsir edib.

DİGƏR XƏBƏRLƏR

Top