İsrail ordusu Qəzzada əməliyyatları davam etdirəcək


İsrail ordusu Qəzzada “proaktiv şəkildə fəaliyyət göstərməyə” davam edəcək.
Yeniavaz.com
“Euronews”a istinadla xəbər verir ki, bunu İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir açıqlayıb.
“Biz Qəzza zolağında HƏMAS-a ağır zərbə vurduq, onları əhəmiyyətli dərəcədə zəiflətdik və təhlükəsizlik vəziyyətini dəyişdirdik”, - deyə o bildirib.
E. Zamir qeyd edib ki, İsrail Müdafiə Qüvvələri (IDF) təhdidləri aradan qaldırmaq, icmaları və onların sakinlərini hər cür şəraitdə qorumaq və təhlükəsizliklərini təmin etmək prinsipinə uyğun olaraq proaktiv şəkildə hərəkət etməyə davam edəcək.
Qeyd edək ki, Zamir açıqlamanı İsrailin Baş naziri Benyamin Netanyahunun İsrailin ABŞ tərəfindən dəstəklənən Qəzza planını rədd etdiyini elan etməsindən sonra verib.
Xatırladaq ki, İsrail-Qəzza müharibəsi HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə qarşı həyata keçirdiyi və 1200-dən çox insanın ölümü, həmçinin 251 nəfərin girov götürülərək Qəzzaya aparılması ilə nəticələnən hücumlardan sonra yenidən alovlanıb. Buna cavab olaraq isə, İsrail Qəzzaya müharibə elan edib.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin hücumları nəticəsində 73 mindən çox fələstinli həyatını itirib.

DİGƏR XƏBƏRLƏR

Top