
İran və Oman arasında təklif olunan razılaşma Tehrana Hörmüz boğazından keçərək Fars körfəzinə daxil olan gəmilər üzərində nəzarət imkanı verəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın yüksək vəzifəli mənbəsi və iki regional rəsmi “Reuters” agentliyinə bildirib.
Qeyd olunub ki, bu razılaşma İran və ABŞ arasında beş aylıq qarşıdurmaya son qoya bilər.
“Bu, İrana indiyə qədər edilən ən ciddi güzəştlərdən biridir və bu o deməkdir ki, ABŞ və İsrailin fevral ayında başlatdığı müharibə regionda güc balansında əhəmiyyətli bir dəyişikliyə (Tehranın xeyrinə) səbəb olub. Müharibədən əvvəl boğaz heç bir rüsum olmadan bütün gəmilər üçün açıq idi”, - nəşr yazır.
Beş mənbənin verdiyi məlumata görə, İran Körfəz ölkələrini ABŞ-nin onun ərazisinə qarşı hər hansı yeni hücumunun cavab tədbirləri ilə nəticələnəcəyi barədə xəbərdar edib.
Tətbiqimizi yükləyə bilərsiniz