
Bu ilin 2-ci rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 363 nəfər olub və buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “BP-Azərbaycan” şirkətinin hesabatında yer alıb.
Məlumat üçün bildirək ki, ötən ilin eyni dövründə BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 395 nəfər olub. Bu isə o deməkdir ki, son bir il ərzində BP şirkətində işləyən Azərbaycan vətəndaşlarının sayı 32 nəfər azalıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz