Xankəndi və Ağdərədə yaşayış binalarının vəziyyəti yoxlanılır


Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu ilə 2 satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, hər iki müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Qeyd edək ki, müqavilələrin şərtlərinə görə, Dövlət Xidməti Ağdərə şəhərində yerləşən mövcud çoxmənzilli yaşayış binalarının konstruktiv vəziyyətinin müayinəsi üzrə “Texniki rəy”in alınması üçün Elmi-Tədqiqat İnstitutuna 64 min 488 manat 64 qəpik, Xankəndi şəhərində yerləşən 8 mərtəbəli mövcud yaşayış binasının konstruktiv vəziyyətinin müayinəsi üzrə “Texniki rəy”in alınması üçün isə 29 min 500 manat ödəniş edəcək.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top