
“Azərbaycan ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq vacib elementlərdən biridir”.
Yeniavaz.com xəbər verir ki, bu fikri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarı Andrey Sibiqa ilə keçirdiyi mətbuat konfransında səsləndirib.
“Enerji əməkdaşlığından danışarkən, ilk növbədə qeyd etmək istərdim ki, Azərbaycanın Dövlət Neft Şirkəti olan SOCAR uzun illərdir Ukrayna bazarında mövcuddur.
Bu gün Azərbaycan dünyasnın 16 ölkəsinə, o cümlədən 10-u Avropa İttifaqının (Aİ) üzvü olmaqla, ümumilikdə, 12 Avropa ölkəsinə qaz tədarük edir. Zərurət yaranarsa, dost Ukraynaya da qaz tədarük etməkdən məmnun olarıq”, - C. Bayramov bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz