Dini ziyarət üçün İrana gedən azərbaycanlıların sayı kəskin artıb – Siyahı


Bu ilin yanvar-iyun aylarında turizm məqsədi ilə xarici ölkələrə 551 min 867 nəfər Azərbaycan vətəndaşı səfər edib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycan vətəndaşlarının 10 min 171 nəfəri və ya 1,8%-i xarici ölkələrə dini ziyarət məqsədi ilə gedib.
Dini ziyarət üçün gedənlərin 80,5%-i  – 8 min 188 nəfəri Səudiyyə Ərəbistanına səfər ediblər.
Azərbaycan vətəndaşları bu ilin ilk yarısında dini ziyarət üçün aşağıdakı ölkələrə səfər ediblər:
Səudiyyə Ərəbistanı – 8 188 nəfər;
Türkiyə –  441 nəfər;
Birləşmiş Ərəb Əmirlikləri – 326 nəfər;
Rusiya – 278 nəfər;
İran – 566 nəfər;
İraq – 10 nəfər;
Gürcüstan – 188 nəfər;
Qazaxıstan – 82 nəfər;
İsrail – 22 nəfər;
Özbəkistan – 50 nəfər;
Digər ölkələr – 20 nəfər.


Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə dini ziyarət üçün xarici ölkələrə 16 min 249 nəfər Azərbaycan vətəndaşı səfər edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında dini ziyarət üçün Səudiyyə Ərəbistanına gedən azərbaycanlıların sayı 3,7% (315 nəfər), Türkiyəyə gedənlərin sayı 8,8 dəfə (3 433 nəfər), Rusiyaya gedənlərin sayı 5,7 dəfə (1 317 nəfər), İsrailə gedənlərin sayı 5,2 dəfə (92 nəfər) azalıb. İrana gedənlərin sayı isə 44% (170 nəfər) artıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top