Ermənistanda partlayış – Ölən və yaralananlar var


Ermənistanın Armavir vilayətində yerləşən yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Məlumata görə, hadisə bu gün – avqustun 6-da saat 12:25 radələrində Armavir vilayətinin Sardarapat kəndinə gedən yol üzərində yerləşən yanacaqdoldurma məntəqəsində qeydə alınıb.
Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin məlumatına əsasən, hadisə yerinə regional xilasetmə şöbəsindən iki yanğınsöndürmə-xilasetmə qrupu cəlb edilib.
İlkin məlumata görə, iki nəfər xəsarət alaraq Armavir Tibb Mərkəzinə hospitalizasiya edilib.
Yerli “Shamshyan.com” nəşrinin məlumatına görə, partlayış yanacaqdoldurma məntəqəsinin ərazisində yeraltında quraşdırılmış benzin çənində baş verib.

DİGƏR XƏBƏRLƏR

Top