
ABŞ Prezidenti Donald Tramp ölkənin müdafiə naziri Pit Heqsetdən kəskin sursat çatışmazlığı ilə bağlı izahat tələb edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Washington Post” nəşrinə danışan iki mənbə bildirib.
Qəzetin yazdığına görə, Trampın İranla bağlı məsələlərdə narazılığı ötən həftə daha da artaraq açıq qarşıdurmaya çevrilib.
Bildirilib ki, ABŞ Prezidenti Pit Heqsetdən İrana qarşı mümkün hərbi əməliyyatlar zamanı seçimləri məhdudlaşdıra biləcək sursat çatışmazlığı barədə niyə əvvəlcədən düzgün məlumat vermədiyini izah etməsini istəyib.
Tətbiqimizi yükləyə bilərsiniz