“Qarabağ” “Dinamo Kiyev” oyununun biletləri artıq satışdadır – 5 manatdan başlayır


UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində çıxışını davam etdirən “Qarabağ” avqustun 13-də Ukraynanın “Dinamo Kiyev” komandası ilə cavab oyununa çıxacaq.
Yeniavaz.com
xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmanın biletləri artıq satışdadır.
Standart sektorlar üzrə biletlər 5, 10, 15 və 20 manat, VIP sektorlar üçün 50, 75 və 100 manat, VVIP sektor üçün isə 150 manat qiymətinə təklif olunur.
Azarkeşlər biletləri “iTicket.az”ın rəsmi internet səhifəsi və mobil tətbiqi vasitəsilə onlayn əldə edə bilərlər. Onlayn alış zamanı hər hansı problem yaranacağı təqdirdə isə “iTicket.az”ın satış nöqtələrinə, “Park Bulvar” ticarət mərkəzində yerləşən “Qarabağ” FK Fan-şopuna və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarına müraciət etmək mümkündür.
Stadiona giriş yalnız üzərində etibarlı QR-kod olan biletlərlə həyata keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top