
Bu ilin ilk yarısında Azərbaycanda tibbi xidmətlərin qiymətlərində artım müşahidə olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, məbləğ baxımından ən böyük qiymət artımı reabilitasiya müəssisələri tərəfindən göstərilən sanatoriya-sağlamlıq xidmətlərində qeydə alınıb. Bu xidmətin qiyməti 599,15 manatdan 630,7 manata yüksələrək 31,55 manat və ya 5,27% artıb.
İkinci ən böyük artım cərrahiyyə əməliyyatı xidmətlərində qeydə alınıb. Bu xidmət üzrə orta qiymət 1 354,6 manatdan 1 369,63 manata yüksəlib. Beləliklə, qiymət 15 manat və ya 1,1% artıb.
Faiz baxımından isə ən çox bahalaşan xidmət də reabilitasiya müəssisələrinin göstərdiyi sanatoriya-sağlamlıq xidməti olub (5,27%). Onu diş çəkilməsi xidməti (3,84%) və terapevt xidmətləri (2,65%) izləyib.
Ən aşağı qiymət artımı isə qanın ümumi analizi xidmətində qeydə alınıb. Bu xidmətin qiyməti cəmi 0,03 manat və ya 0,25% artıb.
Siyahıda yer alan xidmətlər arasında ucuzlaşan xidmət qeydə alınmayıb.
Tibbi xidmətlərin iyun ayındakı qiymətləri və son 6 aydakı artım aşağıdakı kimi olub:
Terapevt xidmətləri – 18,98 manat (+2,65%)
Oftalmoloq xidmətləri – 23,64 manat (+0,94%)
Kardioloq xidmətləri – 21,39 manat (+2,30%)
Cərrahiyyə əməliyyatı xidmətləri – 1 369,6 manat (+1,11%)
Diş çəkilməsi xidməti – 15,41 manat (+3,84%)
Diş müalicəsi xidməti – 39,42 manat (+2,44%)
Diş protezi xidmətləri – 277,75 manat (+1,72%)
Tibbi müayinə (USM) xidməti – 26,43 manat (+1,42%)
Flüoroqrafiya xidmətləri – 20,44 manat (+0,84%)
Qanın ümumi analizi xidməti – 12,20 manat (+0,25%)
Kompüter tomoqrafiyası xidmətləri – 82,46 manat (+1,18%)
Kardioqramma xidməti – 14,64 manat (+0,97%)
Orta tibb işçiləri tərəfindən göstərilən xidmətlər – 2,76 manat (+0,73%)
Fizioterapiya xidmətləri – 9,43 manat (+1,18%)
Masaj xidməti – 12,31 manat (+1,57%)
Xəstəxana xidmətləri – 49,61 manat (+0,45%)
Reabilitasiya müəssisələri tərəfindən göstərilən sanatoriya-sağlamlıq xidməti – 630,71 manat (+5,27%)
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz