“Gürcüstandan Azərbaycana sentyabrın 17-dək bütün qatar biletləri satılıb” – ADY


Gürcüstandan Azərbaycana qayıtmaq istəyən bəzi vətəndaşlar problemlə üzləşib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baku.ws məlumat yayıb.
Məlumata görə, vətəndaş bildirib ki, özü və ailəsi ilə yanaşı, yüzlərlə azərbaycanlı Gürcüstandan Bakıya qayıtmaqda çətinlik yaşayır.
Onun sözlərinə görə, qatar biletləri tükənib. Bu səbəbdən onlar Azərbaycanın Gürcüstandakı səfirliyinə də müraciət ediblər.
Məsələ ilə bağlı Azərbaycan Dəmir Yollarından bildirilib ki, yüksək tələbat səbəbindən Gürcüstandan Azərbaycan istiqamətində sentyabrın 17-dək bütün qatar biletləri satılıb.
ADY sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağı və biletlərini öncədən almağı tövsiyə edib.

DİGƏR XƏBƏRLƏR

Top