Ermənistan suriyalı ermənilərə pasport verir – 81 min dollar ayırıb


Ermənistan suriyalı ermənilər üçün pasport verilməsinə 81 min dollardan çox vəsait ayırıb.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistan hökuməti suriyalı ermənilərə pasportların verilməsi üçün 29 milyon 615 min dram (təxminən 81 min 500 dollar) vəsait ayırıb.
Qərar avqustun 6-da keçirilən hökumət iclasında qəbul edilib.
Ayrılan vəsait Ermənistan pasportlarının verilməsi və ya dəyişdirilməsi, həmçinin bu proseslə bağlı dövlət büdcəsinə ödənilən rüsumların qarşılanmasına yönəldiləcək.
Məlumata görə, 2026-cı ilin ikinci rübündə suriyalı ermənilərə ümumilikdə 489 pasport verilib. Onlardan 88-i Dəməşqdəki Ermənistan səfirliyi, 401-i isə Hələbdəki Ermənistan Baş Konsulluğu tərəfindən rəsmiləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top