“Qarabağ” bu gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində ilk sınağına çıxacaq


“Qarabağ” bu gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində ilk sınağına çıxacaq.
Yeniavaz.com
xəbər verir ki, Ağdam təmsilçisi Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə qarşılaşacaq. Polşanın Lublin şəhərində yerləşən "Lublin Arena"da baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Oyunun baş hakimi Danimarkadan olan Morten Kroq olacaq. Ona yan xətt hakimləri Şteffen Bramsen və Viktor Skite, dördüncü hakim isə Yakob Karlsen kömək edəcək.
Komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək. Bu cütün qalibi pley-off mərhələsində Niderlandın “Tvente” və Slovakiyanın “DAC 1904” komandaları arasındakı cütün qalibi ilə üz-üzə gələcək.
UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsi, ilk oyun
21:00
“Dinamo” (Kiyev, Ukrayna) – “Qarabağ” (Azərbaycan)
Hakimlər: Morten Kroq, Şteffen Bramsen, Viktor Skite, Yakob Karlsen (hamısı Danimarka).

DİGƏR XƏBƏRLƏR

Top