
ABŞ-nin Şimali Karolina ştatının Kasvel dairəsində baş verən ailədaxili silahlı insident nəticəsində 3 nəfər həyatını itirib, 1 nəfər isə yaralanıb.
Yeniavaz.com xəbər verir ki, yerli şerif idarəsinin yaydığı məlumata görə, hadisə Brooks Road küçəsində yerləşən yaşayış evində baş verib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları güllə yarası almış dörd nəfəri aşkar ediblər.
Onlardan üçü, o cümlədən atəş açmaqda şübhəli bilinən şəxs hadisə yerində ölü elan olunub. Yaralanan digər şəxs isə müalicə üçün Duke Universitet Xəstəxanasına çatdırılıb.
Rəsmilər bildiriblər ki, hadisədə iştirak edən bütün şəxslər eyni ailənin üzvləridir. İlkin məlumata əsasən, silahlı insident ailədaxili münaqişə zəminində baş verib.
Tətbiqimizi yükləyə bilərsiniz