Tbilisi-Bakı qatarı gecikmə ilə yola düşdü − Səbəb


Bu gün saat 21:00-da hərəkətə başlamalı olan Tbilisi-Bakı qatarı 54 dəqiqə gecikmə ilə yola düşüb.
Yeniavaz.com
“Report”a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Bildirilib ki, buna səbəb Tbilisi Dəmiryol Vağzalında elektrik enerjisi təchizatında problemin yaranması olub:
"Bundan bir neçə gün əvvəl də Gürcüstanda elektrik enerjisi böhranı səbəbindən Bakı-Tbilisi qatarı Tbilisi Dəmiryol Vağzalına 2 saat 30 dəqiqə gecikmə ilə çatmışdı”.
 

DİGƏR XƏBƏRLƏR

Top