Gürcüstanda yenə işıqlar söndü − İyulun sonundan bəri üçüncü dəfə


5 avqust axşamı Gürcüstanda böyük elektrik kəsintiləri baş verib.
Yeniavaz.com
yerli KİV-ə istinadən xəbər verir ki, ölkənin əksər hissəsi elektriksiz qalıb.
Tbilisi metrosu müvəqqəti fəaliyyətini dayandırıb. Yerli teleqram kanalları bir müddət sonra paytaxtda elektrik enerjisinin qismən bərpa olunduğunu bildirib.
Gürcüstan Milli Elektrik Enerjisi Komissiyasının üzvü Giorgi Panqani bildirib ki, elektrik kəsintiləri Enquri Su Elektrik Stansiyasında sınaqlar zamanı baş verib. O bildirib ki, sınaqlar 24 və 25 iyul tarixlərində elektrik kəsintilərinə səbəb olan zəiflikləri müəyyən etmək və qiymətləndirmək üçün aparılıb.
Bu, iyulun sonundan bəri Gürcüstanda baş verən üçüncü böyük elektrik kəsintisidir. 23 və 25 iyul tarixlərində demək olar ki, bütün ölkə ərazisində elektrik kəsintiləri baş verib. 

DİGƏR XƏBƏRLƏR

Top