“Spotify”ın fəaliyyətində problem yaşandı


İstifadəçilər “Spotify” musiqi platformasının fəaliyyətində fasilələr barədə məlumat veriblər.
Yeniavaz.com
xəbər verir ki, bu, məşhur internet resurslarını izləyən “Downdetector” portalının məlumatlarına əsasəndir.
Məlumata görə, istifadəçilərin 72%-i veb saytın işindən şikayətlənir, 13%-i tətbiqdən istifadədə çətinlik çəkir, daha 9%-i isə server bağlantısı problemləri ilə qarşılaşıb.
Qeyd edilib ki, ABŞ-də 1600-dən çox istifadəçi xidmətdə fasilələr barədə məlumat verib. Böyük Britaniyada (275) və Kanadada (228) da fasilələr qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top