
Türkiyə Daxili İşlər Nazirliyi saxta daşınmaz əmlak qiymətləndirmə (ekspertiza) hesabatları ilə qanunsuz vətəndaşlıq əldə edən şəbəkəyə qarşı 16 vilayətdə keçirilən əməliyyat zamanı 72 şübhəlinin saxlanıldığını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, nazirliyin məlumatına görə, aparılan araşdırmalar nəticəsində qanunsuz əməliyyatlarda iştirak etdiyi müəyyən edilən 1 150 investorun investisiya uyğunluq sənədi ləğv olunub, ailə üzvləri ilə birlikdə 5 391 nəfərin vətəndaşlıq qərarı qüvvədən salınıb.
Bundan əlavə, milli təhlükəsizlik və ictimai asayiş baxımından risk hesab edilən 263 investorun və ailə üzvlərinin daxil olduğu 743 nəfərin də Türkiyə vətəndaşlığı geri alınıb.
Beləliklə, ümumilikdə 1 413 investor və ailə üzvləri də daxil olmaqla 6 134 nəfərin Türkiyə vətəndaşlığı ləğv edilib və ya geri alınıb.
Tətbiqimizi yükləyə bilərsiniz