
Bu ilin yanvar–iyun ayları ərzində turizm məqsədilə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşları digər ölkələrdə 2 milyon 868 min 624 gecə keçiriblər.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricə səfər edən Azərbaycan vətəndaşları başqa ölkələrdə keçirdikləri gecələmələrin 35,4%-ni və ya 1 milyon 16 min 31 gecəni qohum və dostlarına, həmçinin özlərinə və ya ailə üzvlərinə məxsus mənzillərdə keçiriblər.
Belə ki, ümumi gecələmələrin 25,7%-i və ya 737 min 910 gecəsi qohum və dostların evlərinin, 9,7%-i və ya 278 min 121 gecəsi isə özlərinə və ya ailə üzvlərinə məxsus mənzillərin payına düşüb.
Rəsmi statistikada yer alan ölkələr arasında Koreya yeganə ölkə olub ki, həmin ölkəyə səfər edən Azərbaycan vətəndaşlarının nə qohum və dostlarının evində, nə də özlərinə və ya ailə üzvlərinə məxsus mənzillərdə gecələməsi qeydə alınmayıb.
Ən çox qohum və dostların evində gecələmə Türkiyədə qeydə alınıb. Azərbaycan vətəndaşları bu ölkədə 326 min 960 gecəni qohum və dostlarının evində keçiriblər. Sonrakı yerlərdə Rusiya (178 min 520 gecə) və Gürcüstan (153 min 13 gecə) qərarlaşıb.
Özlərinə və ya ailə üzvlərinə məxsus mənzillərdə keçirilən gecələmələrin sayına görə də Türkiyə (139 min 474 gecə) birinci olub. Ondan sonra Rusiya (46 min 572 gecə) və Gürcüstan (45 min 269 gecə) gəlir.
Xaricə səfər edən Azərbaycan vətəndaşlarının ümumi gecələmələrinin, eləcə də qohum və dostların evində, həmçinin özlərinə və ya ailə üzvlərinə məxsus mənzillərdə keçirdikləri gecələmələrin sayı aşağıdakı kimi olub:

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz