ABŞ-də bir ailə eyni vaxtda 200 “Ginnes” rekorduna imza atdı


ABŞ-nin Aydaho ştatında yaşayan Devid Raş və ailəsi “Hungry Hungry Hippos” adlı stolüstü oyunu 3,75 saniyəyə tamamlayaraq, Ginnesin Rekordlar Kitabına düşüb.
Yeniavaz.com
xəbər verir ki, Devid Raş, həyat yoldaşı Cennifer və oğulları Ceremi və Piter oyunu ən sürətlə tamamlayan dörd nəfərlik komanda titulunu qazanıb.
Bununla da, onlar sonuncu 4,833 saniyəlik rekordu geridə qoyublar. Daha sonra Ginnesin Rekordlar Kitabı tərəfindən təsdiqlənən bu nəticə, Raş ailəsinin uzun bir rekord seriyasının sonuncusu olub.
Həmçinin, bu nailiyyətlə ata Devid Raşın Ginnesin Rekordlar Kitabına daxil olan aktiv rekordlarının sayı 200-ə çatıb. Bununla da, Raş tarixdə eyni vaxtda 200 aktiv “Ginnes” rekorduna sahib üçüncü şəxs olub.
Rekord cəhdi zamanı oyunçulardan orijinal oyundan istifadə etmələri, oyuna əlləri masanın üzərində olmaqla başlamaları və oyun zamanı begemotları yalnız bir barmaqla hərəkət etdirmələri tələb olunub.
Qaydalara görə, oyunçu barmaqlarını dəyişərsə və ya toplardan biri masadan düşərsə, cəhd etibarsız sayılır.
Raş ailəsi bütün qaydalara riayət edərək rekorda imza atmağı bacarıb.

DİGƏR XƏBƏRLƏR

Top