Trampın qolf sevgisi ABŞ-yə milyonlarla dollara başa gəlib


ABŞ Prezidenti Donald Trampın qolf sevgisi ölkəyə milyonlarla dollara başa gəlib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, onun xərclərinin çox hissəsini “Mar-a-Lago” və “West Palm Beach”dəki qolf meydançalarında keçirdiyi günlər (59 gün) tutub.
Qeyd edilib ki, Trampın xərclərinin dəyəri bu həftənin əvvəlinə olan məlumata görə 114,7 milyon dollara çatıb.
Proqnozlara görə, Trampın səlahiyyət müddətinin sonuna qədər qolf ilə bağlı xərcləri 300 milyon dolları keçəcək.
Əvvəllər 2009-2017-ci illərdə prezident olmuş Barak Obamanı qolf oynadığına görə tənqid edən Tramp, seçki kampaniyaları zamanı belə demişdi:
“Mənim qolf oynamağa vaxtım olmayacaq. Mən ABŞ üçün çalışacağam”.
Məlumat üçün bildirək ki, Obamanın səkkiz illik prezidentliyi dövründə qolf ilə bağlı xərcləri cəmi 105 milyon dollar təşkil etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top