
“Dünyanın ən çirkin iti” ləqəbini alan Huahua adlı it internetdə ulduza çevrilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
Məlumata görə, cəmi bir həftə ərzində Huahuanın iştirak etdiyi qısa videolar video platformalarında yayılaraq milyonlarla baxış toplayıb.
Heyvan “çirkin cazibəsinə” görə təriflənib, hətta “dünyanın ən gözəl iti” adlandırılıb.
Yerli medianın məlumatına görə, Huahuanın valideynləri təmizqanlı border kolli cinsindəndir və görünüşləri göz oxşayandır.
Huahua isə nadir genetik mutasiyanın nəticəsidir. Onun həddindən artıq sıx tükləri var. Huahua həmçinin, qulaqlarında quyruğa bənzəyən iki tük dəstəsi ilə seçilir.
Heyvan qeyri-adi görünüşünə görə uzun müddət satılmayıb. Lakin internetdə yerləşdirilən bir vdeodan sonra it dərhal məşhurlaşıb.
Nəhayət, 3 avqust 2026-cı ildə yeni sahibi onu 2400 yuana (590 manata yaxın) alıb.
Tətbiqimizi yükləyə bilərsiniz