ABŞ Braziliya səfirinin vizasını ləğv etdi


ABŞ Braziliyanın Vaşinqtondakı səfiri Mariya Luiza Ribeyro Viottinin vizasını ləğv edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ Dövlət Departamentinin mətbuat katibinə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, ABŞ hakimiyyəti bu qərarı Braziliyanın “Tramp administrasiyasının Braziliyaya səfir təyinatına rəsmi olaraq razılıq verməməsi və bir neçə amerikalı diplomata viza verməməsi səbəbindən verib.
“Reuters” qeyd edib ki, Braziliya hakimiyyəti ABŞ diplomatik missiyasının yeni rəhbərinə razılıq verərsə, ABŞ Dövlət Departamenti Braziliya səfirinin vizasını bərpa etməyə hazırdır.
Qeyd edək ki, iyunun 1-də Tramp Florida ştatının Nümayəndələr Palatasının spikeri Daniel Perezi ABŞ-nin Braziliyadakı səfiri vəzifəsinə namizəd göstərib. Həmçinin, Senatın Xarici Əlaqələr Komitəsi Senatın tam tərkibinə onun namizədliyini təsdiqləməyi tövsiyə edib.
Lakin “Reuters”in qeyd etdiyi kimi, o, Braziliya hakimiyyəti rəsmi olaraq təsdiqləməyənə qədər bu vəzifəni icra edə bilməz.

DİGƏR XƏBƏRLƏR

Top