“Trabzonspor” Salahı transfer etdi – Fotolar


Türkiyənin “Trabzonspor” klubu misirli ulduz futbolçu Məhəmməd Salahla müqavilə imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Klub İctimaiyyətə Açıqlama Platformasına (KAP) misirli futbolçu ilə danışıqlara başladığını bəyan edib.
Klub həmçinin sosial media hesabında misirli hüçumçunun 61 nömrəli formanı geyindiyi şəkilləri dərc edib.
Məlumata görə, onun rəsmi olaraq müqavilə imzalamaq üçün bu gün İstanbula gələcəyi gözlənilir. Salah İstanbulda “Trabzonspor” prezidenti Ertuğrul Doğanla görüşəcək. Tibbi müayinədən keçdikdən sonra isə rəsmi müqavilə imzalayacaq. 
“Trabzonspor” forması geyinmiş Məhəmməd Salah klub azarkeşlərinə müraciət edərək “Bizim üçün hər yer Trabzondur!”, - deyib. Ulduz futbolçunun bu sözləri qısa bir vaxtda azarkeşlər arasında marağa səbəb olub.
Digər tərəfdən, Məhəmməd Salahın “Trabzonspor”la iki illik müqavilə imzaladığı məlum olub. İddialara görə, klub ulduz oyunçuya illik 17,5 milyon avro zəmanətli maaş ödəyəcək. Həmçinin iddia edilir ki, müqavilədə lisenziyalı “Salah” məhsullarının satışından əldə edilən gəlirin 20%-nin oyunçuya veriləcəyi barədə bənd də var.
Qeyd edək ki, 34 yaşlı Salah 2017-ci ilin yayından bəri İngiltərənin “Liverpul” klubunda oynayıb və ötən mövsümün sonunda komandadan ayrılıb. O, komandada müxtəlif yarışlarda ümumilikdə 442 oyun keçirib, 257 qol vurub və 123 məhsuldar ötürmə edib. O, komandanın uelsli hücumçu Yan Raşdan (339) və ingilis hücumçu Rocer Hantdan (280) sonra üçüncü ən çox qol vuran oyunçusudur. Salah “Liverpul”la İngiltərə Premyer Liqasını, Çempionlar Liqasını, İngiltərə Kubokunu, İngiltərə Super Kubokunu, UEFA Super Kubokunu, FIFA Klublararası Dünya Kubokunu və iki Liqa Kubokunu qazanıb.
“Trabzonspor” isə yeddiqat Türkiyə çempionu və hazırkı Türkiyə Kubokunun sahibidir. O, bu kuboku 10 dəfə qazanıb. Keçən mövsüm “Trabzonspor” Türkiyə liqasının turnir cədvəlində üçüncü yeri tutub.

DİGƏR XƏBƏRLƏR

Top