ABŞ-nin İran müharibəsində itkilərinin sayı açıqlanıb


Son itki rəqəmlərinə görə, ABŞ-İsrail ordusunun 28 fevralda İrana qarşı döyüşlərə başlamasından bəri yaralanan Amerika hərbçilərinin sayı 687 nəfər olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Məlumata görə, fevral ayının sonlarında İrana qarşı başlayan Amerikanın “Epik Qəzəb” əməliyyatı zamanı 417 ABŞ hərbçisi yaralanıb, 14 ABŞ hərbçisi isə həlak olub.
ABŞ rəsmiləri bu əməliyyatın mayın 5-də başa çatdığını elan ediblər.
Bundan əlavə, Pentaqon 7 iyuldan bu günə qədər hərbi əməliyyatlar zamanı qeydə alınan itkilərin ayrıca hesablamasını aparıb.
Dərc olunmuş məlumatlara görə, hərbi əməliyyatlar zamanı 270 ABŞ hərbçisi yaralanıb, 4 ABŞ hərbçisi həlak olub.
Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı müharibəyə başlayıblar. İyun ayında Vaşinqton və Tehran Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən anlaşma memorandumu imzalayıblar. Lakin 8 iyul gecəsi ABŞ Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozmaqda ittiham edərək İrana qarşı genişmiqyaslı hücumları bərpa edib.

DİGƏR XƏBƏRLƏR

Top