
Londonda 150 ildən çox müddət ərzində ilk dəfə yağışsız ay qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Semafor” portalı məlumat yayıb.
Bildirilir ki, 1871-ci ildən bəri meteostansiyanın fəaliyyət göstərdiyi Londonun “Kyu Qardens” bağında 155 ildən sonra ilk dəfə tam bir təqvim ayı yağış yağmayıb.
Portal həmçinin, bu il Avropanın qitə miqyasında anormal istilərlə qarşılaşdığını bildirib.
Məlumata görə, anormal istilərdən ən çox İspaniya, Portuqaliya, Fransa, İtaliya və Yunanıstan zərər çəkib.
Xüsusilə, Avropadakı zeytun yağı istehsalçıları Yunanıstan, İtaliya, Portuqaliya və İspaniyada zeytun bağlarını bürüyən həddindən artıq istilərin qiymətlərin yeni artımına səbəb olacağı barədə xəbərdarlıq ediblər.
Tətbiqimizi yükləyə bilərsiniz