İri neft şirkətlərinin mənfəəti kəskin şəkildə artıb


Dünyanın səkkiz ən böyük neft şirkətinin ilk üç ayda mənfəəti 90 milyard dolları keçib (təxminən 93 milyard dollar).
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Nəşr hesablayıb ki, “Aramco”, BP, “Shell”, “Equinor”, “TotalEnergies”, “Eni”, “Chevron” və “ExxonMobil” şirkətləri hər dəqiqə 700 000 dollardan çox mənfəət əldə edib.
Bu şirkətlərin bazar kapitallaşması təxminən 600 milyard dollar artaraq, 3 trilyon dolları keçib.
Neft satışından ən böyük mənfəəti Səudiyyə Ərəbistanının “Aramco” dövlət neft şirkəti əldə edib.
Şirkət bir rübdə xalis mənfəətinin 34% artaraq 33 milyard dolları keçdiyini bildirib.
Neft nəhənglərinin mənfəətinin artması ABŞ-nin İrana qarşı hərbi əməliyyatları səbəbindən enerji qiymətlərinin kəskin şəkildə artması ilə əlaqədardır. Bu isə onların ümumi mənfəətinin təxminən ikiqat artmasına səbəb olub.
Qey edək ki, avqustun 4-də ABŞ Prezidenti Donald Tramp Amerika neft şirkətlərinin çox pul qazandığını bildirmiş və o, mövcud vəziyyətdən narazı olduğunu qeyd etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top