
ABŞ Prezident Donald Trampın Kaliforniyaya səfərindən iki gün əvvəl onun “Trump National Golf Club Los Angeles” qolf meydançası yaxınlığında silahlı şəxs saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.
Belə ki, avqustun 2-də gizli federal agentlər şübhəli bir şəxsin qolf meydançasında gəzdiyini, foto və video çəkdiyini və ehtimal ki, təhlükəsizlik boşluqlarını araşdırdığını müəyyən ediblər.
Təcili əməliyyat tədbirləri çərçivsində şübhəli şəxsin həbs edildiyi və onun soyğunçuluqda təqsirli bilinən 38 yaşlı Canin Con Teyl olduğu bildirilib.
Ondan patron dolu maqazin, maşınından isə patron dolu tapança götürülüb. Teylin evində silah, güllə keçirməyən jilet və bir neçə şübhəli qeyd dəftərçəsi də aşkar edilib.
O, qadağan olunmuş silah gəzdirmək və sursat saxlamaq ittihamları ilə həbs olunub.
Hadisədən iki gün sonra isə Tramp bir sıra tədbirlərdə iştirak etmək üçün Kaliforniyaya gəlib.
Hazırda ABŞ Məxfi Xidməti saxlanılan şəxsin prezident üçün hər hansı təhlükə yaradıb-yaratmadığını araşdırır.
Tətbiqimizi yükləyə bilərsiniz