
Pentaqonun əsas sursat ehtiyatları təhlükəli həddə enib və Amerika hərbi komandirləri arsenalların vəziyyətindən ciddi şəkildə narahatdırlar.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadla məlumat yayıb.
Telekanalın məlumatına görə, İranla müharibə hava hücumundan müdafiə ehtiyatlarının tükənməsinin əsas səbəbi olub.
Mənbələr iddia edir ki, müharibədən əvvəlki səviyyələrlə müqayisədə ABŞ-nin THAAD raketlərinin təxminən 80%-i, eləcə də “Patriot” raketlərin təxminən 50%-i tükənib.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin məlumatına görə, İranla müharibədən əvvəl ABŞ ordusunda təxminən 2200 “Patriot” və 452 THAAD raketi olub.
CNN həmçinin qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın ötən həftə İrana qarşı əlavə zərbələri ləğv etmək qərarından əvvəl sursat çatışmazlığı məsələsi yenidən qaldırılıb.
Mənbələrə görə, yüksək rütbəli hərbi məsləhətçilər son həftələrdə dövlət başçısına əsas silah ehtiyatlarının kəskin şəkildə azaldılması barədə ən azı iki dəfə xəbərdarlıq ediblər.
Tətbiqimizi yükləyə bilərsiniz